Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat göndərildi

  • 22:30 - 02 İyun

Polşa Moldova polisinə 6 təyyarə dolusu silah və sursat göndərib. 

Avropa.info xəbər verir ki, Polşanın daxili işlər naziri Mariuş Kaminski Moldova polisinə silah, sursat və texnika göndərmək qərarına gəldiklərini bildirib. Kaminski bununla bağlı sosial media hesabında açıqlama yayıb. "Daxili sabitliyi pozma cəhdlərinə müqavimət göstərən müstəqil və suveren Moldovanın bizim köməyimizə ehtiyacı var. Bu səbəbdən Moldova polisinə çoxlu miqdarda silah, sursat və texnika göndərmək qərarına gəldim", deyə bildirib. 

Sözügedən silahların ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almağa kömək edəcəyini bildirən Kaminski, silahların 2 ədəd C-130 Hercules və 4 ədəd CASA C-295M təyyarəsi ilə aparıldığını bildirib. Kaminski həmçinin Moldova tərəfindən həbs qərarı çıxarılan rusiyayönlü ŞORA partiyasının lideri İlana Şoranın da sanksiya siyahısına salındığını açıqlayıb.


Oxunma sayı: 3400

Oxşar yazılar