Tramp prezident olacağı təqdirdə Rusiya və Ukrayna arasında danışıqlara başlayacaq

  • 16:29 - 02 İyun

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evin rəhbəri postuna yenidən seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları təşkil edəcəyini bildirib. 

Avropa.info xəbər verir ki, bu barədə Tramp "Fox News"a müsahibəsində deyib. 

“Hərbçilərimizin döyüş sursatı yoxdur, biz böyük miqdarda, demək olar ki, hamısını Ukraynaya keçirmişik. Biz insanlara kömək edəcəyik, amma mən müharibəni dayandırmaq istəyirəm, onun davam etməsini istəmirəm”, – deyə o bildirib

Eyni zamanda Tramp bir daha bildirib ki, əgər yenidən prezident seçilsə, “24 saat ərzində müharibəni dayandıracaq”. 

“Mən hər ikisini tanıyıram. <...> Mən onunla [Ukrayna Prezidenti Vladimir Zelenski] ilə anlaşıram, [Rusiya Prezidenti Vladimir] Putinlə ünsiyyət qururam. Mən onları [danışıqlar üçün] otağa dəvət edəcəyəm. Mən doğru yolu bilirəm, bir nömrəli. Birinə deyirsən ki, razılaşma olana qədər heç nə əldə etməyəcəksən”, - deyə o qeyd edib.


Oxunma sayı: 3070

Oxşar yazılar