Türkiyə Yüzili BAŞLADI: Ərdoğan prezident seçkilərində ZƏFƏR QAZANDI - YENİLƏNİB

  • 00:04 - 29 May

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turundakı səslərin 99,9 faizi sayılıb.

Avropa.info xəbər verir ki, səsvermənin ilkin nətincələrinə görə, Rəcəb Tayyib Ərdoğan 52,16 faiz, Kamal Kılçdaroğlu 47,84 faiz səs toplayıb.

*** 28 may 2023 23:51

Türkiyə Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener seçkilərin ikinci turunda səsvermənin ilkin nəticələrini açıqlayıb.

Avropa.info-nun məlumatına görə, YSK sədri bildirib ki, Rəcəb Tayyib Ərdoğan 52.14 Türkiyənin növbəti 5 ildə də Prezidenti seçilib. Müxalifətin namizədi Kamal Klıncdaroğlu 47,86 səs alıb.

YSK sədri qeyd edib ki, seçici səslərinin 99,43 faizinin sayıldığını qeyd edib.

"Müvvəqəti nəticələrin sonucunda Rəcəb Tayyib Ərdoğanın Türkiyə prezidenti seçildiyi görülmüşdür", - deyə o bildirib. 

***23:42

 

Hazırda səslərin 99.7 faizi sayılıb.

Avropa.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan 52.14 Türkiyənin növbəti 5 ildə də Prezidenti seçilib. Müxalifətin namizədi Kamal Klıncdaroğlu 47,86 səs alıb.

***

Hazırda Rəcəb Tayyib Ərdoğan 52,12 faiz, Kamal Kılçdaroğlu 47,88 faiz səs toplayıb.

Avropa.info bildirir ki, bu barədə Türkiyənin Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener deyib.

***20:43

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan 54,47 faiz, Kamal Kılçdaroğlu 45,53 faiz səs toplayıb.

Avropa.info bildirir ki, bu barədə Türkiyənin Yüksək Seçki Komissiyasının sədri Ahmet Yener deyib.

***20:13

Türkiyə 14 may seçkilərində prezidentliyə namizədlərin 50 faizlik baryeri keçə bilməməsindən sonra bu gün yenidən seçkiyə gedib. 

Avropa.info xəbər verir ki, Prezident seçkilərinin ikinci turunda səsvermə saat 08:00-da başlayıb, saat 17:00-da başa çatıb.

Saat 17.00-dan etibarən bağlanan seçki qutularında səslərin sayılmasına başlanılıb.

Qeyri-rəsmi nəticələrə görə, Türkiyədə seçki qutularının 97,12 faizi açılıb. 

Rəcəb Tayyib Ərdoğan: 52,21 

Kamal Kılıçdaroğlu: 47,79

Qeyd edək ki, seçki üçün ölkə üzrə 973 dairə və 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki qutusu yaradılıb. Seçkilərdə Cümhur İttifaqının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi Kamal Kılıçdaroğlu mübarizə aparıb.


Oxunma sayı: 4874

Oxşar yazılar