Türkiyəli sənətçiyı ABŞ metrosunda hücum edildi - Ağır yaralandı

  • 14:47 - 25 May

Nyu-Yorkda hərəkət edən metroya doğru itələnən 35 yaşlı türkiyəli sənətçi Emine Yılmaz Özsoy ağır yaralanarkən, yaxınları onun müalicəsi üçün kampaniyaya başlayıb. 

Avropa.info xəbər verir ki, mayın 21-dəABŞ-ın Nyu-York şəhərinə işə getmək üçün yerli vaxtla saat 06:05-də metroya minən Emine Yılmaz Özsoy düşdüyü stansiyada eyni metrodan düşən şəxs tərəfindən hərəkət edən metroya doğru itələnib. 

2017-ci ildə həyat yoldaşı ilə birlikdə Nyu-Yorka köçən Antalyada anadan olan Özsoy bədəninin müxtəlif yerlərindən ağır yaralanıb. Özsoy dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hadisə yerindən qaçan və çərşənbə axşamı Nyu-York Polis Departamenti tərəfindən saxlanılan şəxs daha sonra məhkəmədə həbs edilib. Şəxsiyyəti Kamal Semrade olduğu açıqlanan hücumçunun Nyu-York Cəza Məhkəməsində adam öldürməyə cəhd və müxtəlif ittihamlarla üzləşdiyi öyrənilib. Prokurorluğun bəyanatında deyilir ki, hücumun səbəbi məlum deyil. 

ABŞ mətbuatına danışan hadisə şahidi Nensi Marrero, "Mən onu (Emine Yılmaz Özsoyun) sol böyrü üstə getdiyini, başını tutaraq ovucları açıq hərəkət edərkən onu metroya doğru itələdiyini gördüm" deyib. 

Marrero bildirib ki, Özsoyun yerdə uzanarkən qolunu hiss etmədiyini deyib. 

Həyat yoldaşı Ferdi Özsoy sənətçinin onurğasında sınıqlar, başında və bədəninin müxtəlif yerlərində xəsarətlər olduğunu, "Weill Cornell" Tibb Mərkəzində çətin əməliyyat keçirdiyini, sağalma müddətinin uzun olacağını bildirib. 


Oxunma sayı: 2487

Oxşar yazılar