Rusiyadan dünyanı ayağa qaldıran raket - Müdafiə Nazirliyi elan etdi

  • 15:12 - 30 Mart

Rusiya Müdafiə Nazirliyi "Yars" qitələrarası ballistik raket sistemi 3000-dən çox əsgər və 300-ə yaxın texnika ilə təlimin başladığını elan edib. 

Avropa.info-nun məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, strateji raket qüvvələrinin döyüş hazırlığı üzrə təlimlərə başlanıldığı bildirilib. 

Ümumilikdə 3 bölgədə keçiriləcək təlimdə “Yars” qitələrarası ballistik raketləri, 3000-dən çox əsgər və 300-ə yaxın texnika var. 

Təlimin Rusiya ordusunun digər bölmələri, o cümlədən Hava-Kosmik Qüvvələri ilə birlikdə həyata keçiriləcəyi və pilotsuz uçuş aparatlarından istifadənin təlimin mühüm tərkib hissəsi olacağı vurğulanıb. 

Bildirilib ki, təlimdə əsgərlərin ümumi döyüş hazırlığı səviyyəsi, müasir silah və xüsusi texnikanın imkanları qiymətləndiriləcək. 

Nüvə başlıqları daşıya bilən "Yars" raketləri 12 min kilometr mənzilə malikdir.


Oxunma sayı: 3554

Oxşar yazılar