
Bu gün Türkiyə parlamenti Finlandiyanın NATO-ya üzv olmaq məsələsini müzakirə edəcək
- 09:18 - 30 Mart
Martın 30-da Türkiyə parlamenti Finlandiyanın Şimali Atlantika Müqaviləsi (NATO) üzvlüyünə qoşulması haqqında Protokolun təsdiqi ilə bağlı qanun layihəsini müzakirə edəcək.
Avropa.info xəbər verir ki, müvafiq qanun layihəsi martın 23-də Türkiyə parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib.
Ədalət və İnkişaf Partiyasının (AK Partiya) fraksiyasının sədr müavini Yılmaz Tunç “Anadolu”ya açıqlamasında qanun layihəsinin parlamentin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacağını bildirib.