XX Qış Deaflimpiadası Türkiyədə keçiriləcək

  • 12:26 - 28 Mart

XX Qış Deaflimpiya Oyunları 2024-cü il fevralın 18-dən 28-dək Türkiyədə keçiriləcək. 

Avropa.info bildirir ki, Türkiyə Eşitmə Əlillər İdmanı Federasiyasının (TİESF) məlumatına görə, Oyunların Türkiyədə keçirilməsi ilə bağlı qərarı Beynəlxalq Eşitmə Əlillər İdman Komitəsi (ICSD) verib. 

Türkiyənin Ankara və Çankira əyalətlərində XX Qış Deaflimpiya oyunları keçiriləcək. 

Eşitmə problemi olan idmançılar xizək sürmə, buzlu xokkey, kerlinq, futzal, snoubord və şahmat üzrə yarışacaqlar. 

TİESF-in rəhbəri Kərim Vural bildirib ki, 2017-ci ildə Türkiyənin Samsun şəhərində Yay Deaflimpiya Oyunları ən yüksək səviyyədə təşkil olunub:

“Türkiyə ən yaxşı Deaflimpiya oyunlarından birinə ev sahibliyi edib. Məqsədimiz XX Qış Deaflimpiya Oyunlarında da eyni uğuru qazanmaqdır. Türkiyə idmançılarının qarşıdakı oyunlarda böyük uğurlar qazanacağına şübhəmiz yoxdur”.


Oxunma sayı: 11320

Oxşar yazılar