ABŞ-ın ən böyük bankının müflis olması Avropaya təsir edəcək? - Şolts AÇIQLADI

  • 12:28 - 17 Mart

Almaniya kansleri Olaf Şolts maliyyə bazarlarındakı gərginliyə baxmayaraq, avrozonada maliyyə böhranı təhlükəsini görmədiyini bildirib. 

Avropa.info xəbər verir ki, kansler "Handelsblatt"a müsahibəsində deyib. 

“Mən belə bir təhlükə görmürəm. Maliyyə sistemi [2008] maliyyə böhranından əvvəlki kimi sarsıntılı deyil. Alman bank müştərilərinin əmanətləri təhlükəsizdir”, - deyə o qeyd edib.

Martın 10-da Kaliforniyanın Maliyyə Mühafizəsi Departamenti ABŞ-ın ən böyük banklarından biri olan "Silicon Valley Bank"ın müflis olduğunu elan edib. Təşkilat iki gündən az müddətdə iflas edbi. 

Martın 12-də Bayden Amerika bank sisteminin qorunması ilə bağlı çıxışını açıqladı. O, həmçinin “bu qarışıqlıqda” əli olanları məsuliyyətə cəlb edəcəyinə söz verib.


Oxunma sayı: 2718

Oxşar yazılar