Otellər Novruzqabağı qiymətləri üçqat qaldırıb – Milli Məclisin deputatından maraqlı TƏKLİF

  • 13:46 - 13 Mart

Məlum olduğu kimi, Novruz Bayramı ilə əlaqədar 9 gün iş olmayacaq. Bir çox insan bu fürsətdən istifadə edib regionlara getmək istəyir. Lakin regionlarda yerləşən otellərin bu axına özünəməxsus hazırlığı çoxlarının təbiət qoynunda istirahət arzusunu gözündə qoyacaq. Belə ki, insanların çox üz tutduğu rayonlarda yerləşən otellər bayram günləri üçün qiymətləri 3 dəfə artırıblar.

Avropa.info xəbər verir ki, millət vəkili Vüqar Bayramovun rəhbəri olduğu CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq: “Regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır.

Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər”.

Millət vəkilinin fikrincə, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır: “Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”.


Oxunma sayı: 4412

Oxşar yazılar