
Prezident Administrasiyası Qarabağ ermənilərini Bakıya ÇAĞIRDI
- 11:31 - 13 Mart
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.
Bu barədə Avropa.info-ya Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib.
Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.