Rusiya Suriyanın şimal bölgələrində hərbi mövcudluğunu gücləndirir - Hərbi kontingentini bu əraziyə köçürdü

  • 21:29 - 25 Yanvar

Suriyadakı Rusiya qoşunlarının komandanlığı kontingenti Mənbic şəhərindən 45 km cənubda və Türkiyə sərhədindən 75 km məsafədə yerləşən Cirax hərbi aerodromunun ərazisinə köçürüb. 

Avropa.info xəbər verir ki, bu addım Suriyanın Bəşər Əsəd rejimi tərəfdarlarının nəzarətində olan şimal bölgələrində Rusiyanın hərbi mövcudluğunu gücləndirmək məqsədi daşıyır. 

Cirax aerodromunda 12 anqar və 3 km-lik uçuş-enmə zolağı var. Aerodromu əhatə etmək üçün burada Rusiyanın hava hücumundan müdafiə sistemləri yerləşdirilib. 

“Anadolu”nun məlumatına görə, bu hərbi obyekt Rusiya ordusunun burada yerləşən bölmələri ilə Əsəd rejiminin qüvvələri tərəfindən birgə istifadə olunacaq. 

Bundan əvvəl Rusiya hərbçiləri “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun İŞİD terrorçularından təmizlədiyi Əl-Bab şəhərinin cənubuna köçürülüb.


Oxunma sayı: 3147

Oxşar yazılar