Keçmiş FTB zabiti rus oliqarxa yardım etməkdə İTTİHAM OLUNUR

  • 14:52 - 24 Yanvar

Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş yüksək vəzifəli məmuru rusiyalı oliqarxa yardım etməkdə ittiham olunub. 

Avropa.info bildirir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb. 

Xüsusilə, keçmiş ABŞ rəsmisi Çarlz Makqoniqal rus oliqarx Oleq Deripaskaya ABŞ sanksiyalarından yan keçməyə kömək etməkdə ittiham olunub. 

İstintaq çərçivəsində sonradan Amerika məhkəmələrində tərcüməçi kimi fəaliyyətə başlayan keçmiş rusiyalı diplomat Sergey Şestakova qarşı ittihamlar irəli sürülüb. 

İş üzrə təqsirləndirilən şəxslərin ittiham aktı Nyu-Yorkun Cənub Bölgəsi federal məhkəməsində elan edilib. 

Makqoniqal və Şestakov 2018-ci ildə Rusiyanın Krımı ilhaqını dəstəklədiyinə görə ABŞ tərəfindən sanksiyaya məruz qalan Deripaskaya yardım etməkdə ittiham olunublar. 

Makqoniqal və Şestakovun yaxın günlərdə məhkəmə qarşısına çıxarılacağı bildirilir. 

Təqsirli bilinərsə, Makqoniqalı 80 il, Şestakovu isə 85 il həbs cəzası gözləyir. 

Cəza sanksiyaları ilə yanaşı, Deripaska da 2022-ci ilin sentyabrında ABŞ sanksiyalarını birbaşa pozmaq cəhdlərində ittiham olunub. 

Makqoniqal 2018-ci ildə təqaüdə çıxana qədər iki il FTB-nin əks-kəşfiyyat şöbəsində çalışıb.


Oxunma sayı: 2113

Oxşar yazılar