![](/ckfinder/userfiles/images/kriminal/sosial/nax%C3%A7%C4%B1van%2093942.png)
Dövlət xidməti Naxçıvanda yoxlamalar aparır
- 12:15 - 24 Yanvar
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar başlayıb.
Avropa.info APA-ya istinadən xəbər verir ki, yoxlamalar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri tərəfindən aparılır. Qurumun mətbuat xidməti xəbəri apa-ya təsdiqləyib.
Bildirilib ki, plana uyğun olaraq kompleks yoxlamalar aparılır və bu barədə mətbuata yaxın günlərdə geniş məlumat veriləcək.