İddialar üzə çıxdı: Almaniyada çevriliş cəhdində Putinin əli varmı? - Kremldən CAVAB

  • 22:40 - 07 Dekabr

Xəbər verdiyimiz kimi, Almaniya polisi sağçı ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb. 

Avropa.info xəbər verir ki, Almaniya prokurorluğu dekabrın 7-də səhər saatlarında əməliyyat elan edib, nəticədə 1871-ci ildə Almaniya imperiyasının timsalında dövlət yaratmaq məqsədilə terror təşkilatı təşkil etməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb. 

“Çevriliş planında Rusiyanın əli var” iddialarına Kremldən cavab verilib. 

Kremlin sözçüsü Dmitri Peskov, paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada, Rusiyanın sözügedən hadisə ilə heç bir əlaqəsi olmadığını vurğulayıb. "Bunlar Almaniyanın daxili problemləridir. Onlar artıq bəyan ediblər ki, Rusiyanın insidentdə iştirakı ilə bağlı heç bir spekulyasiya ola bilməz. Biz də hadisəni mətbuatdan öyrənmişik, bununla bağlı deyəcək bir şeyimiz yoxdur", deyə bildirib.


Oxunma sayı: 2883

Oxşar yazılar