Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA - FOTO

  • 16:04 - 10 May

Naxçıvan şəhəri ərazisində yerləşən bazar gölündə iki nəfər şəxsin ölümü ilə bağlı araşdırma aprılır.

Bu barədə Avropa.info-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.

***

Naxçıvan şəhərində iki gənc göldə boğularaq ölüb.

Avropa.info “Şərq qapısı” qəzetinə istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 

Belə ki, Astara rayon Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən Bazar gölünün ətrafına gedib. Məlum olmayan səbəbdən onlar suya düşüb və boğulublar.

Bu gün səhər saatlarından etibarən Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar. Hadisə yerinə Naxçıvan MR Prokurorluğunun və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hər iki gəncin Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir. 

 

 


Oxunma sayı: 2366

Oxşar yazılar