Ərdoğan Rəisini əvəz edən şəxsə zəng etdi

  • 20:34 - 20 May

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Moxberə zəng edib.

Avropa.info xəbər verir ki, məlumata görə, telefon danışığı zamanı Ərdoğan İbrahim Rəisinin vəfatı ilə bağlı İran xalqına başsağlığı verib və Türkiyənin bu ağrılı gündə İranın yanında olduğunu bildirib.

İran xalqının kədərinə şərik olduğunu bildirən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İrana qarşı qonşuluq və qardaşlıq münasibətini davam edəcəyini bildirib.

Ərdoğan Rəisi və Abdullahianın Türkiyə və İran əlaqələrinə verdiyi töhfələrin hər zaman xatırlanacağını qeyd edib.

Avropa.info 


Oxunma sayı: 2069

Oxşar yazılar