Almaniyada sağçı ekstremistlərin planlaşdırdığı dövlət çevrilişi CƏHDİ: 25 nəfər saxlanıldı - Aralarında keçmiş hərbçilər də var

  • 16:59 - 07 Dekabr

Alman polisi sağçı ekstremistlərin planlaşdırdığı dövlət çevrilişinin qarşısını alıb. 

Avropa.info "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Almaniya prokurorluğu dekabrın 7-də səhər saatlarında əməliyyat elan edib, nəticədə 1871-ci ildə Almaniya imperiyasının timsalında dövlət yaratmaq məqsədilə terror təşkilatı təşkil etməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb. 

Əməliyyat bir neçə federal ştatda eyni vaxtda həyata keçirilib. Ümumilikdə 52 nəfər “terror təşkilatının fəaliyyətində iştirakçılıq” ittihamı ilə saxlanılıb. Saxlanılanlar arasında keçmiş hərbçilər də var. 

Hücum edənlərin Bundestaqa basqın etmək istədiyi iddia edilir.

Almaniya Reyxinin ədliyyə naziri Marko Buşman "Tvitter"də genişmiqyaslı antiterror əməliyyatının dekabrın 7-də başladığını, prokurorluğun terror şəbəkəsi ilə bağlı araşdırma apardığını bildirib. “Konstitusiya strukturlarına silahlı hücumun hazırlanacağına dair şübhələr var. 

Qrup üzvləri Almaniyanı tanımadıqlarını bildirirlər.


Oxunma sayı: 2773

Oxşar yazılar