İki hərbçimiz qar uçqununa düşdü, axtarışlar gedir

  • 21:30 - 07 Mart
Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Avropa.info Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hazırda hərbi qulluqçuların tapılması üçün ixtisaslı xilasedicilərin iştirakı və xüsusi texnikanın cəlb edilməsi ilə axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Oxunma sayı: 9757

Oxşar yazılar