Ruslar bunu da etdi – Tanka tualet quraşdırıldı

  • 17:38 - 07 Mart
Tankda uzun müddət olan tankçıların təbii ehtiyaclarını ödəyəcək vasitələrin olması uzun müddət idi ki, ordunun problemi olaraq qalırdı. Avropa.info xəbər verir ki, tank və PDM-lər su və quru yeməklə təchiz olunsa da, tualetlər quraşdırmaq mümkün olmurdu. Çünki yer çatmırdı. Rusiya ordusunun ən müasir tankı “Armata”ya tualet quraşdıraraq bu problemi həll etmək olub. Hərbi texnika istehsalı üzrə mütəxəssis İlya Baranovun sözlərinə görə, “Armata” ən əvvəldən uzun müddətli döyüşlər üçün nəzərdə tutulmuşdu. Bu üzdən ekipaj rahatlıq vasitələri olmadan keçinmək olmazdı. Qeyd edək ki, T-14 “Armata” tankı ilk dəfə 2015-ci ildə Qələbə paradında təqdim edilmişdi. Dünyada tualet quraşdırılmış daha bir neçə tank nümunəsi var. Bunlardan biri Britaniyanın “Çellencer 2” tankıdır.    

Oxunma sayı: 3080

Oxşar yazılar