Kinematoqrafçılar İttifaqı Prezidentə təkliflər hazırladı

  • 16:00 - 07 Mart
Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib. Bu barədə iclasda iştirak etmiş Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə məlumat verib. O bildirib ki, iclas İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə keçirilib. İclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamın icrasına uyğun olaraq müzakirələr aparılıb və təkliflər hazırlanıb. “Hazırlanan təkliflər yaxın müddətdə dövlət başçısına təqdim olunacaq” - deyə, Aydın Kazımzadə əlavə edib./Report/

Oxunma sayı: 3696

Oxşar yazılar