Tramp qaldı, Kim Çen Inın oxşarı ekstradisiya olundu – Foto

  • 16:09 - 25 Fevral

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnın görüşünə ev sahibliyi edəcək Vyetnamda maraqlı hadisə baş verib.

Avropa.info xəbər verir ki, Kim Çen Ina oxşarlığı ilə bənzəyən avstraliyalı komediya aktyoru Hovard X. Vyetnamdan ekstradisiya olunub. Keçən həftə Donadl Trampın oxşarı Rassel Vayt ilə görüşən Hovard X bu gün Vyetnamın paytaxtı Hanoy  aeroportunda jurnalistlərə açıqlama verib.

“Şimali koreyalıların yumor anlayışı yoxdur. Satira diktaturalara qarşı ən güclü silahdır” – avstraliyalı komik belə deyib.

Kimin əkizi ekstradisiya olunarkən, Trampın oxşarına Vyetnamda qalmaq icazəsi veriblər. Trampın oxşarı Vyetnamda qaldığı müddətdə hər hansı nümayiş keçirməyəcək.

Xatırladaq ki, Hovard X. Tramp və Kimin Sinqapur da gəlmiş, burada da saxlanılmışdı.

[gallery link="file" size="large" columns="1" ids="310530,310531,310532,310533,310534,310535,310536,310537"]

Oxunma sayı: 3663

Oxşar yazılar