Latviyanı “Eurovision” yarışmasında “Carousel” qrupu təmsil edəcək

  • 23:20 - 17 Fevral
Latviyanın “Eurovision” yarışmasındakı təmsilçisi məlum olub. May ayında İsraildə keçiriləcək müsabiqədə ölkəni “Carousel” qrupu təmsil edəcək. Avropa.info xəbər verir ki, Riqa kinostudiyasında keçirilən seçmələrdə 8 namizəd yarışıb. Tamaşaçıların səsverməsi ilə seçilən “Carousel” qrupu “That Night” mahnısını ifa edəcək. Estoniyanın da təmsilçisi bəllidir. Bu, “Storm” mahnısını ifa edəcək isveç müğənnisi Viktor Krondur.

Oxunma sayı: 4345

Oxşar yazılar