Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib

  • 15:20 - 14 Fevral
Yunanıstanın Saloniki Dövlət Konservatoriyasında, Azərbaycan milli musiqi alətlərindən tar, kamança və qavalın təqdimatı keçirilib. Avropa.info xəbər verir ki, tədbirdə “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov və baş katib Salatın Məmmədli də iştirak ediblər. Konservatoriyanın rektoru Lola Totsiou tədbirə qatılan tələbə və qonaqları salamlayıb və “QALA” Cəmiyyətinin sədri Rəşid Məmmədova əməkdaşlıq üçün öz təşəkkürünü bildirib. Konservatoriyanın müəllimi Dimitris İoannou Azərbaycan musiqi alətləri tar, kamança, qaval və Azərbaycan milli muğamı barədə tədbir iştirakçılarına məlumat verib və eyni zamanda konservatoriyanın zalında milli Azərbaycan muğam musiqisi səsləndirilib. Cəmiyyətin baş katibi Salatın Məmmədli konservatoriyanın rektoru Lola Totsiou xanıma və tədbir iştirakçılarına "QALA" Cəmiyyəti və öz adından minnətdarlığını bildirib və gələcəkdə belə tədbirlərin tez-tez keçirilməsininin önəmliliyini vurgulayıb. Qeyd edək ki, milli musiqi alətlərimiz cari ilin iyul ayına qədər Saloniki Dövlət Konservatoriyasının muzeyində sərgilənəcək. Elnur Eltürk

Oxunma sayı: 2882

Oxşar yazılar