Azərbaycanlı gənc ifası ilə türk münsifləri ağlatdı – Video

  • 17:23 - 24 Yanvar
Azərbaycanlı gənc tələbə Fərhad Rəhimli Türkiyədə "TRT Müzik” kanalında yayımlanan musiqi yarışmasına qatılıb və yarışmanın qalibi olub.
Avropa.info oxu.az-a istinadən  xəbər verir ki, yüzlərlə iştirakçı arasından finala 5 nəfər qalıb və Fərhad gözəl ifası ilə hər kəsdən fərqlənərəq  birinci yerə layiq görülüb.
Yarışma zamanı maraqlı anlar yaşanıb. Belə ki, münsiflər heyətinin üzvü, bəstəkar, müğənni və musiqi tənqidçisi  Koray Avcı Fərhadın ifasını göz yaşları içində dinləyib. O, "Nə olar, bir daha oxuma, çünki bir də ağlamaq istəmirəm” deyə azərbaycanlı gəncin ifasına fikir bildirib.
Verilişin aparıcısı Duygu Atakan da Fərhad Rəhimlinin ifasını göz yaşlari içərisində dinləyib.
Qeyd edək ki, bu Fərhad Rəhimlinin beynəlxalq arenada ilk uğurudur. O Azərbaycan klassik və bəstəkar musiqilərini dünyada tanıtmağı qarşısına məqsəd qoyub.
[embed]https://www.youtube.com/watch?time_continue=114&v=FNyZoALnRww[/embed]

Oxunma sayı: 3971

Oxşar yazılar