Əli Mirəliyevin etirazlara səbəb olan açıqlamasına rəsmi münasibət – Video

  • 16:54 - 22 Yanvar
Əli Mirəliyevin ARB TV-nin "Səhər-səhər" proqramında pişiklə bağlı açıqlaması heyvansevərlərin etirazına səbəb olub. 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən "ARB Media Qrup"un mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli qalmaqala səbəb olan çıxışı belə şərh edib:
"Bu məsələ ilə bağlı Əli Mirəliyev özü "Səhər-səhər" proqramının bu günkü buraxılışında açıqlama verib. O, bildirib ki, uşaqlıqda olan bir hadisədir və o pişiyi atmayıb. Binanın damında quşa hücum etmək istəyən pişik görüb və müdaxilə etmək istəyib. Quşu xilas edərkən pişik qaçıb və düşüb aşağı. Sadəcə mövzunu tam izah edə bilməyən Əli Mirəliyevin bu sözləri heyvansevərlər tərəfindən birmənalı qarşılanmayıb. "Səhər-səhər" verilişi şou xarakterli səhər proqramı olduğu üçün aparıcı Elgiz Əkbər də müğənni Əli Mirəliyevlə zarafat edib. Mövzunu tam olaraq izləmək üçün bu günkü efirimizdən Əli Mirəliyevin açıqlamasını belə dinləyə və izləyə bilərsiniz".
[embed]https://www.youtube.com/watch?time_continue=74&v=CSwPopKJtWU[/embed]

Oxunma sayı: 3333

Oxşar yazılar