Türkiyənin portağal ixracında rekord: Azərbaycan beş ölkədən biridir

  • 17:54 - 17 Yanvar
Azərbaycan Türkiyədən ən çox meyvə idxal edən beş ölkədən biridir. Avropa.info xəbər verir ki, bu barədə Uludağ İxracatçılar Birliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, cari ildə Türkiyə portağal və alma ixracatında rekorda imza atıb. Cari ildə Türkiyə dünyanın 69 ölkəsinə portağal və alma ixrac edib. İxracat nəticəsində 160,6 milyon dollar gəlir əldə edilib. Ən çox portağal ixrac olunan ölkə isə İraq, Rusiya, Ukrayna, Rumıniya və Azərbaycan olub. Alma ixracatında isə ilk beş ölkə sırasında Rusiya, İraq, Suriya, Hindistan və Səudiyyə Ərəbistanı olub. Avropa.info

Oxunma sayı: 5830

Oxşar yazılar