İranda təyyarə qəzasında 15 nəfər ölüb – Foto (Yenilənib)

  • 12:17 - 14 Yanvar
İranda “Boeing-707” tipli yük təyyarəsinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.  Avopa.info xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində olan yalnız bir nəfər sağ qalıb. "Fars" agentliyinin yaydığı məlumata görə, qəzaya düşən təyyarə yaşayış binalarının olduğu əraziyə düşüb. Bir neçə evə ciddi ziyan dəyib. Təyyarənin göyərtəsində 16 nəfər olub. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ qalıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. İranın Müdafiə Nazirliyi yük təyyarəsinin orduya məxsus olduğunu açıqlayıb. *** 11:34 İranda “Boeing-707” tipli yük təyyarəsi qəzaya uğrayıb.  Avropa.info xəbər verir k, Qırğızıstana məxsus yük təyyarəsi Tehranın şımalında Kərəc şəhərində Fəth hava limanına eniş edərkən qəzaya düşüb. Təyyarənin göyərtəsində 16 nəfərdən ən azı 7-si ölüb. Bir nəfəri isə xilas etmək mümkün olub. Digər sərnişinlər barədə hələlik dəqiq məlumat verilmir. Avropa.info

Oxunma sayı: 12188

Oxşar yazılar