İctimai yerlərdə tüpürməyə görə cərimələr qüvvəyə mindi – İlk cərimələnən polis oldu

  • 13:24 - 09 Yanvar
Qüvvəyə minən qanunu pozan ilk şəxs polis olub və 133 manat dəyərində cərimə olunub. Avropa.info xəbər verir ki, Qırğızstanda ictimai yerlərdə tüpürməyi qadağan edən qanun qüvvəyə minib. İctimai yerlərdə yerə türürən şəxs 5,5 qırğız somu (78 dollar) həcmində cərimə olunacaq. Qanun qüvvəyə mindikdən sonra qaydanı ilk pozan polis olub. O, xidməti vəzifəsi zamanı ictimai yerdə tüpürüb. Qanunun qəbul edilməsinin zərurətindən danışan Qırğızstan baş naziri Məhəmmədalıy Abılqaziyev deyib ki, belə bir cərimələrin tətbiqi obyektiv zərurətdən yaranır. Onun fikrincə, insanlar elementar mədəni normalara riayət etməli və ictimai yerlərdə özlərini aparmaq qaydalarını bilməlidir. Avropa.info

Oxunma sayı: 4345

Oxşar yazılar