Kriminal

Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub

21 Sentyabr 2024, 10:119
Reklam728x90
Reklam320x100

Oğuz rayonunun Xaçmaz kəndində yerləşən evlərin birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avropa.info-ya verilən xəbərə görə, ev sahibi 2000 manat pulun, qızıl-zinət və məişət əşyalarının naməlum şəxs tərəfindən oğurlanması barədə polisə məlumat verib.

Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətmək şübhəli bilinən zərərçəkmişin həmkəndlisi, əvvəllər də məhkum olunmuş Polad İbrahimov saxlanılıb.

O, oğurladıqlarının bir qismini Gəncə və Qəbələdə satdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə P.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600