Misirin paytaxtı Qahirənin qərbində yerləşən Giza şəhərində neft tankerində baş verən yanğında həyatını itirənlərin sayı 31-ə, yaralananların sayı isə 21-ə yüksəlib.
Avropa.info xəbər verir ki, Misir Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Giza şəhərinin Əl-Vərraq bölgəsində dairəvi yolun yuxarı hissəsində baş verən yanğının nəticələri ilə bağlı yenilənmiş məlumat paylaşılıb.
Müvafiq olaraq, neft yüklü tankerdə baş verən yanğında ölənlərin sayı 31-ə, yaralıların sayı isə 21-ə yüksəlib.
Bu arada Misir Baş Prokurorluğundan verilən yazılı açıqlamada, Baş Prokuror Məhəmməd Şövkinin onlarla insan tələfatı ilə yanaşı, 27 minik avtomobili və motosikletin tamamilə yanmasına səbəb olan yanğınla bağlı dərhal araşdırma aparılmasına göstəriş verdiyi bildirilib.




