Dünya

Prezident Ərdoğandan  şəhidlər üçün başsağlığı mesajı

26 Noyabr 2026, 12:09240
Reklam728x90
Reklam320x100

 

Prezident Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə təlim uçuşu zamanı helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 5 əsgərin ailələrinə başsağlığı verib.

Avropa.info xəbər verir ki, Rabitə İdarəsi prezident Ərdoğanın Əskişəhərdə təlim uçuşu zamanı helikopter qəzasında şəhid olan 5 əsgərin ailələrinə başsağlığı mesajı göndərdiyini açıqlayıb.

Noyabrın 24-də Əskişəhərdən təlim məqsədilə havaya qalxan Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter qəza nəticəsində sıradan çıxıb. Hava Pilotu Polkovnik Mehmet Çöl, Hava Pilotu leytenant Halil Karabulut, Hava Piyada Astsubay Volkan Dəmirhan, Təyyarə Baxımı Astsubay Baş Çavuş Məhəmməd Nurullah Erarslan və Hava Piyada Astsubay Baş Çavuş Mehmet Alp Gürdağ şəhid olub.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600