Sosial

Kahramanmaraşda Azərbaycan Məhəlləsi”nin açılışı olacaq-Foto-Video

18 İyun 2025, 12:2743
Reklam728x90
Reklam320x100

Sabah Türkiyənin Kahramanmaraş bölgəsində “Azərbaycan Məhəlləsi”nin açılışı olacaq.

Avropa.info xəbər verir ki, qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial media hesabında yenidən qurulan “Azərbaycan Məhəlləsi” və “Ebrar” yaşayış kompleksinin görüntülərini paylaşıb.

“Çətin dünənlərdən xoşbəxt bu günlərə və birlikdə güclü sabahlara. Bu hekayənin adı Kahramanmaraşdır”, – nazir paylaşımında qeyd edib.

Qeyd edək ki, açılışda Prezident İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi gözlənilir. Bu haqda jurnalistlərə ötən həftə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün məlumat verib.

“Azərbaycan Məhəlləsi”ndən görüntüləri təqdim edirik:

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600