Hadisə

Gəncədə 36 yaşlı kişi atası tərəfindən qətlə yetirilib-Video

13 Oktyabr 2026, 08:4618
Reklam728x90
Reklam320x100

Gəncədə 36 yaşlı kişi qətlə yetirilib…

Avrop.info Xəzər TV-yə istinadən bildirir ki, ata və anasının yaşadığı evə gedən oğul canından olub. Hadisə Gəncənin Gülüstan qəsəbəsində qeydə alınıb. 36 yaşlı Röyal Həsənov kəsici alətlə aldığı xəsarətlərlə Gəncə Birləşmiş Xəstəxanasının nəzdində Zülfüqar Məmmədov adına xəstəxanaya çatdırılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Röyal Həsənovun atası Osman Həsənov tərəfindən bıçaqlandığı ehtimal olunur. Qətldə şübhəli bilinən Osman Həsənov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

 

Hadisənin hansı səbəbdən törədildiyi və digər təfərrüatlar araşdırılır.

 

Daha ətraflı videomaterialı təqdim edirik.

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600