Fransanın təhsil naziri Edouard Geffray ölkədə 2 aydan çoxdur davam edən lisey etirazlarında təxminən 500 şagirdin yaralandığını açıqlayıb.
Avropa.info xəbər verir ki, Geffray paytaxt Parisdə Senatın Mədəniyyət, Təhsil, Ünsiyyət və İdman Komissiyasında lisey etirazları ilə bağlı açıqlamalar verib.
Sentyabrın 17-də ölkədə başlayan orta məktəb etirazları zamanı baş verən zorakılıq hadisələri ilə bağlı sanksiyaların götürüldüyünə diqqət çəkən Geffray, etirazlar çərçivəsində 3 min şagirdə qarşı intizam prosesinin başlandığını xatırladıb.
Geffray etirazlar zamanı baş verən zorakılıqlara görə 400-dən çox şagirdin məktəbdən qovulduğunu, lisey etirazlarında isə təxminən 500 şagird və 290 təhsil işçisinin yaralandığını bildirib.
Ölkədəki liseylərin üçdə ikisinin etirazlardan təsirləndiyinə diqqət çəkən Geffray, lisey şagirdlərinin əksəriyyətinin haqlı tələblər irəli sürdüyünü bildirdi.
Fransada orta məktəb şagirdləri sentyabrın 17-dən təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları təşkil edirlər.




