Dünya

Fələstinli Məhbuslar Dərnəyi: 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında 59 fələstinli ölüb

25 Fevral 2025, 16:4932
Reklam728x90
Reklam320x100

Fələstin Məhbuslar Dərnəyi, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumlarının başlamasından bu yana İsrail həbsxanalarında həyatını itirən fələstinli məhbusların sayının 59-a çatdığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Dərnəkdən verilən yazılı açıqlamada,  ölüm səbəbi ilə bağlı heç bir məlumat verilmədən Qəzzalı məhbus Musab Haniyənin İsrail həbsxanalarında  öldüyü bildirilib .

Açıqlamada Haniyənin vəfatı ilə 7 oktyabr 2023-cü ildən bəri İsrail həbsxanalarında həyatını itirən fələstinlilərin sayının 59-a çatdığı bildirilib.

Açıqlamada həyatını itirən 59 nəfərdən 38-nin  Qəzza  zolağından olduğu qeyd edilib və həmçinin İsrailin həyatını itirən onlarla fələstinli məhbusu gizlətdiyi iddia edilib.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600