19 - 03 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Sosial

Əlilliyi ləğv edilən hərbçi ədalət axtarır: “Nə iş var, nə təqaüd”

Oktyabr 14, 2025
Sosial
A A

Vətənə xidmət edən, canını riskə atan insanların taleyi çox zaman unudulur, dövlətin qorumağa borclu olduğu insanlar bəzən məmur laqeydliyinin, biganəliyinin qurbanına çevrilir. Elə keçmiş hərbçi Əliyev Məhərrəm Mühafiz oğlunun başına gələnlər də bunun acı nümunəsidir.

Bu barədə İlkxeber.org-a danışan Məhərrəm Əliyevin dediyinə görə hələ 1997-ci ildə Türkiyədə hərbi təhsil alarkən təlim zamanı ağır zədə alıb. Aldığı zədə nəticəsində onda epileptik tutmalar başlayıb. O, uzun müddət İstanbul GATA xəstəxanasında müalicə alıb. Daha sonra Azərbaycana qayıdaraq tank komandiri kimi xidmətini davam etdirib. Lakin xəstəliyin yenidən baş qaldırması səbəbindən tank komandirliyindən kənarlaşdırıb hərbi hissədə anbar müdiri vəzifəsinə təyin ediblər. Bir müddət sonra səhhətindəki problemlərlə bağlı xəstəliyinə görə ordudan tərxis olunub.

İllərlə dövlətə xidmət edən bu hərbçi 2008-ci ildən II qrup əlil kimi təqaüd alırdı. Amma 2021-ci ildən sonra qanunvericilikdə edilən dəyişikliklərlə onun təqaüdü kəsilib. Səbəb? Guya o, “sağalıb”. Halbuki həkimlərin rəyinə görə epilepsiya ömürlük xəstəlikdir və hər an yenidən baş qaldıra bilər.

Beləliklə, dövlət qurumları Məhərrəm Əliyevi “sağlam” sayıb təqaüdünü kəsib, amma eyni zamanda “xəstə” sayıb işləməsinə də icazə vermir. Bu absurd vəziyyət bir insanı həm işsiz, həm də çörəksiz qoyub.

Məhərrəm Əliyev deyir:

“Mənə deyirlər ki, sən xəstəsən, təqaüd düşmür. Deyirəm, yaxşı, onda işləməyə icazə verin. Onu da vermirlər. Mən nə etməliyəm? Təqaüd yoxdur, iş yoxdur. Beləcə, məni ailəmlə birlikdə çörəksiz qoyublar”.

Hazırda keçmiş hərbçi “VTEK”, TƏBİB və poliklinika arasında qalıb. Hər yer eyni cavabı verir: “Xüsusi şəraitdə işləyə bilər.” Amma ölkədə elə “xüsusi şəraitdə” iş yerləri hardadır? Bu qeydlə heç bir müəssisə onu işə götürmür.

Əslində, bir vətəndaş xəstədirsə, onun sosial təminatı dövlət tərəfindən qorunmalıdır. Əgər işləyə bilirsə, ona saxta bəhanələrlə qadağa qoyulmamalıdır.

Bu cür hallarda suallar yaranır: Əgər Məhərrəm Əliyev sağlamdırsa, niyə ona işləməyə icazə verilmir? Əgər xəstədirsə, niyə təqaüdü bərpa olunmur? Vətəndaşların sosial müdafiəsinə məsuliyyəy daşıyan qurumlar hara baxır. Onların biganəliyi səbəbindən bu gün bir keçmiş hərbçi bürokratik süründürməçiliyin qurbanına çevrilib.

Məhərrəm Əliyev çıxış yolunu yalnız mətbuatda görür. O, sonda deyir: “ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, TƏBİB mənə qarşı bu cür biganə münasibətə son qoysun, sağlamlıq durumuma yenidən və obyektiv baxış keçirilsin, təqaüdüm bərpa olunsun və səhhətinə uyğun işləmək imkanı verilsin.
Mən artıq çıxış yolu tapa bilmirəm, sadəcə düşdüyüm vəziyyətlə bağlı ədalət istəyirəm. Bəlkə, səsimi mətbuat vasitəsilə eşidərlər”.

Bəli, çox acınacaqlıdır ki, bu gün vətənə xidmət edən keçmiş hərbçinin səsi məmur kabinetlərində eşidilmir. Vətənə sədaqətlə qulluq etməklə başlayan bir həyat hekayəsi məmur biganəliyi ucbatından faciəyə çevrilib. Amma bu cür insanları “arxivə atmaq” yox, qorumaq, yaşatmaq və haqqını bərpa etməkdir, əks halda “vətənə xidmət” anlayışı kağız üzərindəki ifadədən o tərəfə keçməyəcək.

Avropa.info yazıda adı çəkilən qurumların mövqeyini də dərc etməyə hazır olduğunu bildirir.



Əvvəlki Yazı

Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər – RƏSMİ

Növbəti Yazı

Ermənistan ordusunun “yenilməzlik” mifini darmadağın edən ƏMƏLİYYAT – Böyük Zəfər yürüşünün yeni mərhələsi belə başladı

XƏBƏR LENTİ

Kitabxanada “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib-Fotolar

Kitabxanada “Milli dəyərlərimiz” adlı bayram tədbiri keçirilib-Fotolar

18 Mart 2026 / 21:47
29
“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

“Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir

18 Mart 2026 / 12:09
8
Sumqayıtda Qubadlı ictimaiyyətinin iştirakı ilə möhtəşəm Novruz şənliyi keçirildi – FOTOLAR

Sumqayıtda Qubadlı ictimaiyyətinin iştirakı ilə möhtəşəm Novruz şənliyi keçirildi – FOTOLAR

18 Mart 2026 / 12:06
7
Lalə Azərtaşın verilişi də bağlandı

Lalə Azərtaşın verilişi də bağlandı

18 Mart 2026 / 0:50
6
Gürcüstanda matəm elan edildi

Gürcüstanda matəm elan edildi

18 Mart 2026 / 0:48
7
DTX Prezidentin ailəsini şantaj edəni saxlayıb – VİDEO

DTX Prezidentin ailəsini şantaj edəni saxlayıb – VİDEO

17 Mart 2026 / 21:39
37
Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib-Foto

Respublika Uşaq Kitabxanasında yazıçı Zahid Xəlil ilə görüş keçirilib-Foto

17 Mart 2026 / 12:49
22
“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

“Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib – FOTOLAR

16 Mart 2026 / 23:39
22
“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın   kitab təqdimatı keçirilib-Foto

“Müəllif saatı” layihəsi çərçivəsində gənc yazar Fuad Cogitabadın  kitab təqdimatı keçirilib-Foto

16 Mart 2026 / 14:46
8
Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında işarət dili üzrə təlim keçirilib-Fotolar

16 Mart 2026 / 14:27
7
Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında növbəti “Müəllif saatı” keçirilib-Fotolar

16 Mart 2026 / 14:22
7
Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

Respublika Uşaq Kitabxanasında “Müəllif saatı” layihəsinə başlanılıb

16 Mart 2026 / 14:15
8
Reklamlarda dil eroziyası və kimlik problemi

Reklamlarda dil eroziyası və kimlik problemi

16 Mart 2026 / 13:16
21
“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

“Nar” peşəkar kadr hazırlığı istiqamətində təlimlərə başladı

16 Mart 2026 / 12:39
6
Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

Deputat seçicilərin problemlərini yerində dinlədi – FOTOLAR

16 Mart 2026 / 10:19
47
İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

İsrail ABŞ-ı Yaxın Şərq müharibəsinə öz “Böyük İsrail” planının icrası üçün cəlb edib-Vuqar Dadaşov

16 Mart 2026 / 10:08
110
Xameneinin həyat yoldaşı öldürüldü

Xameneinin həyat yoldaşı öldürüldü

02 Mart 2026 / 18:33
22
Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

Xocalı soyqırımına həsr olunmuş elektron resurslar istifadəyə verilib

02 Mart 2026 / 18:25
27
Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

Vətənə məhəbbət və Milli Şüur: Kitabxanada Maarifləndirici Görüş-Fotolar

02 Mart 2026 / 18:17
32
Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

Respublika Uşaq Kitabxanasında “Ucadan Oxu Günü

02 Mart 2026 / 18:11
26
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir

02 Mart 2026 / 12:40
10
“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

“Nar” ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider oldu!

02 Mart 2026 / 12:38
13
Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:50
30
“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

“Tariximizi öyrənək, sülhü və sevgini qoruyaq” Xocalı soyqırımına həsr edilmiş tədbirlər davam edir-Fotolar

02 Mart 2026 / 10:42
24
Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

Birincilərin kitab dünyasına ilk addımı – Respublika Uşaq Kitabxanasında ekskursiyalar təşkil olunub-Fotolar

02 Mart 2026 / 10:26
21
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib-Fotolar

02 Mart 2026 / 10:17
29
“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

“26 Fevral — Xocalı Faciəsi Gənclərin Yaddaşında-Fotolar

02 Mart 2026 / 10:07
28
Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

Hökumə Əliyevanin atasının kartından oğurluq edənə hökm oxundu

24 Fevral 2026 / 15:26
19
Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

Millət Vəkili Günay Ağamalı Piriyev Hakimin dəfnində iştirak edib-Fotolar

24 Fevral 2026 / 15:12
32
“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

“İş yeri yoxdursa, ev tikmək kifayət deyil” – Deputatdan TƏKLİF

24 Fevral 2026 / 14:55
41
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.