Cəmiyyət

Bu küçədə də Avtobus zolağı quraşdırıldı

21 Dekabr 2024, 11:0110
Reklam728x90
Reklam320x100

Bakının Füzuli küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

Bu barədə Avropa.info-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, sözügedən küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

Qurum hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600