Hadisə

Balıqçilarin axtarışina Helikopter cəlb edib -Foto -Video

14 Yanvar 2025, 17:497
Reklam728x90
Reklam320x100

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndi yaxınlığında 2 balıqçı itkin düşüb.

Avropa.info onların Xəzər dənizində balıq tutarkən itkin düşdüyü ehtimal edilir.

İtkin düşən şəxslərin yaxınları bildirib ki, sonuncu dəfə onların mobil nömrələrinə ötən gün səhər saatlarında zəng çatsa da, cavabsız qalıb.

Balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzin Kiçik həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub.

Axtarışlar davam etdirilir.

***

FHN-in yaydığı məlumata əsasən, hazırda itkin düşdüyü ehtimal edilən vətəndaşların – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

***

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçılar – 1984-cü il təvəllüdlü İbayev Mahmud Əbdüləli oğlu və 1968-ci il təvəllüdlü Abbasov Nazim Səməd oğlunun axtarışları davam etdirilir.

Axtarış arealının genişləndirilməsi və axtarışların intensivliyinin artırılması məqsədilə  Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin helikopteri də Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış-xilasetmə əməliyyatına cəlb edilib.

Əlavə məlumat veriləcək.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600