Hadisə

75 yaşlı şəxs bağlı qapı arxasından xilas edildi – Video

19 Noyabr 2026, 10:56379
Reklam728x90
Reklam320x100

Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yerləşən yaşayış binasında vətəndaş mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Avropa.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını açaraq 1951-ci il təvəllüdlü vətəndaşı yaxınlarına təhvil veriblər.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600