Hadisə

Bakı-Qazax yolunda sərnişin avtobusu yanaraq yararsız-hala düşüb Fotolar

12 Oktyabr 2026, 17:296
Reklam728x90
Reklam320x100

Bakı-Qazax magistral yolunun Ucardan keçən hissəsində sərnişin avtobusu yanıb.

Avropa.info xəbər verir ki, hadisə bu gün saat 13 radələrində yolun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes 403” markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.

Əraziyə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.

Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.




Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600