14 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Fevral 16, 2026
Manşet, Siyasət
A A

“Prezident İlham Əliyevin Serbiyaya səfəri iki dost və tərəfdaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində verilən bəyanatlar, keçirilən görüşlər və aparılan müzakirələr göstərdi ki, Bakı ilə Belqrad arasında əlaqələr artıq təkcə siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi, energetika, nəqliyyat və sərmayə sahələrində sistemli və uzunmüddətli strateji əməkdaşlıq xarakteri daşıyır”.

Bunu Avropa.info-ya açıqlamasında deputat Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bəyanatında xüsusi olaraq vurğuladı ki, Azərbaycan ilə Serbiya arasında təmaslar uzun illərdir davam edir. “Bu münasibətlər qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanır. Bu amil dövlətlərarası münasibətlərin dayanıqlılığının əsas təminatıdır. Prezident İlham Əliyev Serbiya xalqının tarix boyu öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi uğrunda göstərdiyi fədakarlıqları yüksək qiymətləndirib”, – o vurğulayıb.

Şahin Seyidazdə

O əlavə edib ki, səfər çərçivəsində Serbiya-Azərbaycan Strateji Şurasının birinci iclasının keçirilməsi münasibətlərin institusional əsasda daha da möhkəmləndirilməsinin göstəricisidir:

“Prezident İlham Əliyev bəyan etdi ki, iki ölkənin gələcək üçün açıq-aydın planları mövcuddur. Bu planlar siyasi dialoqun intensivləşdirilməsini, iqtisadi əməkdaşlığın genişləndirilməsini, energetika sahəsində birgə layihələrin reallaşdırılmasını və beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsini əhatə edir. Xüsusilə diqqət çəkən məqamlardan biri enerji sahəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan artıq bir müddətdir ki, Serbiyaya təbii qaz ixrac edir və tərəflər ixrac həcminin artırılması barədə razılığa gəliblər. Bu, Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir. Eyni zamanda, Serbiya idxal edilən qazı elektrik enerjisinə çevirərək həm daxili tələbatı ödəmək, həm də gələcəkdə ixrac imkanlarını genişləndirmək niyyətindədir.

Prezident İlham Əliyev Azərbaycanın energetika sahəsində ixrac potensialının hazırda 2 giqavat olduğunu, lakin bu göstəricinin yaxın illərdə əhəmiyyətli dərəcədə artacağını bildirdi. 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünün yaradılması planlaşdırılır ki, bunun da böyük hissəsi ixraca yönəldiləcək. Bu kontekstdə Avropa məkanı əsas ixrac istiqaməti kimi nəzərdən keçirilir. Deməli, Azərbaycan-Serbiya əməkdaşlığı təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır. Səfər zamanı elektrik stansiyasının birgə inşası məsələsi də müzakirə olundu. Prezident İlham Əliyev Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etdi. Bu, Serbiyada mövcud olan əlverişli investisiya mühitinin nəticəsidir.

Aparılan islahatlar ölkəni xarici investorlar üçün cəlbedici edib və Azərbaycan bu prosesdə fəal tərəfdaş qismində çıxış edir. Enerji infrastrukturu layihələri hər bir ölkənin gələcək inkişafının təməlini təşkil edir. Xüsusilə təbii resursları məhdud olan ölkələr üçün daxili enerji istehsal gücünün mövcudluğu strateji təhlükəsizlik məsələsidir. Azərbaycan bu istiqamətdə Serbiya ilə əməkdaşlığı genişləndirməyi prioritet hesab edir. Prezident İlham Əliyev səfərin nəticələrinin tezliklə özünü göstərəcəyinə əminliyini ifadə etdi və yaxın gələcəkdə qarşılıqlı səfərlərin davam etdiriləcəyini bildirdi. O, Serbiya nümayəndə heyətini Azərbaycana dəvət etdi və iki ölkə arasında yüksək səviyyəli dialoqun davamlı xarakter alacağını vurğuladı.

Bu səfər göstərdi ki, Azərbaycan və Serbiya suverenlik, qarşılıqlı hörmət və strateji maraqlar əsasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoyublar”.

Əvvəlki Yazı

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

Növbəti Yazı

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

XƏBƏR LENTİ

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

Bakıda dəhşətli hadisə, ana və qızı öldürüldü

14 İyun 2026 / 13:45
9
Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
17
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
17
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
3
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
3
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
7
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
18
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
35
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.