Kriminal

Azərbaycanda 3 nəfəri qətlə yetirən şəxsə ömürlük həbs verildi

20 Sentyabr 2024, 13:277
Reklam728x90
Reklam320x100


Abşeronun Digah qəsəbəsində bir ailənin üç üzvünü xüsusi amansızlıqla öldürməkdə, başqa bir şəxsə isə xəsarət yetirməkdə ittiham olunan Sərxan Həşimovun məhkəməsi başa çatib

Avropa.info-nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Nahid Mirzəyevin sədrlik etdiyi hakimlər 50 yaşlı müttəhimi ittiham olunduğu maddələrin hamısı ilə təqsirli biliblər. S.Həşimov ömürlük azadlıqdan məhrum edilib. O, nə vaxtsa əfv edilməzsə, bütün ömrünü həbsxanada keçirəcək.  vakansiya 2023

Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Sərxan Həşimov qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisi arvadı Zümrüd Həşimova, onların qızı Xəyalə Kərimovanı, sonradan isə Mehdiabad qəsəbəsinə gedərək tanışı Ələsgər Hüseynovu baltalayıb. Ailə üzləri aldıqları xəsarətlərdən ölüb, sonuncunun isə həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən S.Həşimova Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600