Hadisə

Avtomobil alovlandi, ev külə döndü

14 Aprel 2025, 09:4459
Reklam728x90
Reklam320x100

Mingəçevir şəhərində güclü yanğın olub.

Avropa.info-nun məlumatına görə hadisə Mingəçevir Tərəvəzçilik yaşayış massivi Bahar küçəsində Tərlan Umarova məxsus həyətdə baş verib.

Belə ki, evin həyətində olan “Opel” markalı avtomobil gecə saatlarında alovlanmağa başlayıb. Yanğın yaxınlıqdakı 3 otaqlı evə də keçib və mənzil tamamilə yanaraq kül olub.

Hadisə vaxtı mənzildə olan 3 nəfər pəncərədən çıxaraq son anda xilas ola biliblər.

 

Faktla bağlı araşdırma aparılır.

***

FHN-dən bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin və hamam otağının lambirdən ibarət tavanı 18 m² sahədə, bitişik ümumi sahəsi 18 m² olan talvarın yanar konstruksiyaları və altında dayanan “Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600