Hadisə

Bakıda faciə külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü

16 Noyabr 2026, 09:40609
Reklam728x90
Reklam320x100

Güclü külək Bakıda bədbəxt hadisəyə səbəb olub.

Avropa.info xəbər verir ki, dünən saat 18:30 radələrində güclü külək Binəqədi rayonu Xocəsən qəsəbəsi Şollar küçəsi 100 ünvanındakı həyətin hasarını uçurub.

Nəticədə, orada piyada hərəkət edən 1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı mişar daşları ilə hörülmüş hasarın altında qalaraq ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600