Cəmiyyət

Anar Əsədlinin hüquqlarını bu vəkil müdafiə edəcək

15 Aprel 2026, 21:08125
Reklam728x90
Reklam320x100

Fəaliyyəti dayandırılmış Azərbaycan Yüksəliş Partiyasının keçmiş sədri, hazırda həbsdə olan Anar Əsədli yeni vəkillə müqavilə bağlayıb.

Avropa.info xəbər verir ki, bundan sonra onun hüquqlarını Rəsul Cəfərov müdafiə edəcək.

Bundan əvvəl Anar Əsədlinin vəkilləri Zibeydə Sadıqova və Hikmət Əliyev idi. O, bir neçə gün əvvəl adıçəkilən vəkillərdən imtina etdiyini açıqlamışdı.

Anar Əsədli ötən ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq – külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600