Hadisə

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib -ölən var

17 May 2025, 07:0461
Reklam728x90
Reklam320x100
Ağdaşda ölumlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info  Report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Məhəmməd Atəddinovun idarə etdiyi “Mercedes” markalı avtomobil əvvəlcə at arabasını vurub, sonra isə yük avtomobili ilə toqquşub. Nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri; 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600