Ölkə

Ağcəbədidə qanunsuz tikililər söküldü – Video

25 Oktyabr 2024, 13:3915
Reklam728x90
Reklam320x100

Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Qaravəlli kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

Avropa.info-nun məlumatına görə, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət olunub.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600