Dünya

Türkiyə Rusiya arasında “Mir” ödəniş sisteminin bərpası ilə bağlı danışıqlar nəticəsiz başa çatıb

31 Yanvar 2025, 22:228

Rusiya və Türkiyə arasında “Mir” ödəniş sisteminin bərpası ilə bağlı danışıqlar nəticəsiz başa çatıb.

Avropa.info xəbər verir ki, bunu Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov RİA Novosti-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, kartların blokdan çıxarılması üçün artıq perspektiv yoxdur və o, Türkiyəyə gedən Rusiya vətəndaşlarına nəğd puldan istifadə etməyi tövsiyə edib.

Qeyd edək ki, 2024-cü ilin əvvəlindən Türkiyə bankları Rusiyanın ödəniş sistemlərindən imtina etməyə başlayıb

Avropa.infoReklam728x90
Avropa.infoReklam320x100
Avropa.infoReklam160x600
Avropa.infoReklam160x600