Ölkə

Veteran pulu minimum bu qədər olacaq?

28 Noyabr 2024, 10:5729
Reklam728x90
Reklam320x100

 “2019-cu ildən Azərbaycanda müharibə veteranlarına 80 manat müavinət ödənilir, lakin bu həcm günün reallığına cavab vermir”.

Avropa . info xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Millət vəkili veteranların müavinətlərinin artırılmasını təklif edib:

“O vaxtdan 5 il keçib, biz artıq qalib xalqıq. Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş veteranlarımızın hər biri qəhrəmandır. Nəzərə almaq lazımdır ki, onlara verilən 80 manat 5 il əvvəlki dəyərində deyil. Hətta 2006-cı ildə həmin veteranlara 55 manat verilirdi ki, o da o vaxtlar təxminən 70 ABŞ dolları edirdi və bu məbləğ bugünkü ekvivalenti ilə 120 manatdır. Bunu da nəzərə almaq lazımdır”.

Reklam728x90
Reklam320x100
Reklam160x600
Reklam160x600