Varşavanın mərkəzində, Krakowskie Przedmieście küçəsində, Prezident sarayı ilə birbaşa üzbəüz və Mədəniyyət Nazirliyinin binasının yaxınlığında gənc oğlan özünü yandırıb. “Vətəndaş Koalisiyası”ndan olan polşalı senator Qrzeqorz Şetinanın TVP İnfo-da verdiyi məlumata görə, qurban Polşa vəsiqəsi olan və Varşava Politexnik Məktəbində oxuyan ukraynalıdır.
Avropa.info -nun məlumatına görə Polşa mətbuatı xəbər verir ki, oğlanın 22 yaşı var və adı Edvarddır. O, nazirliyə və prezident sarayına Polşadakı Ukrayna vətəndaşlarına polyaklarla eyni münasibət göstərilməsini tələb edib. Bəzi məlumatlara görə, onun əlində pankart və ya qeyd olub ki, bu da yəqin ki, etirazının səbəblərini göstərir. Bu mesajın dəqiq məzmunu naməlum olaraq qalır.
Yaxınlıqda təcili yardım briqadası olduğu üçün həkimlər tez kömək göstəriblər, lakin kişinin vəziyyəti çox ağır kimi qiymətləndirilir. Onun üzündə, boyunda, yuxarı ətraflarında və gövdəsində yanıqlar var. Gəncin paltarı tamamilə yanıb.




